Milli Qəhrəman Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir həyata keçirilib

Milli Qəhrəman Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir həyata keçirilib backend

Bu gün Bakının 44 saylı orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Yusif Vəli oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbir “20 Yanvar” ictimai birliyi tərəfindən həyata keçirilən “Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub. Qeyd edək ki, 44 saylı məktəb həm də 20 Yanvar hadisələrinin iştirakçısı olan Yusif Mirzəyevin adını adşıyır və məktəbin həyətində şəhidin büstü qoyulub.

Yusif Mirzəyevin ailə üzvləri, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı və eyni zamanda da tədbirin aparıcısı Şəmistan Əlizamanlı, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Muradov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə, təşkilatın sədr müavini Mustafa Əliyev, idarə heyətinin üzvüləri, birliyin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, layihənin icraçısı Şəhla Qarayeva, gənc və yeniyetmələr, 44 saylı orta məktəbin şagirdləri tədbirdə iştirak edib.

“20 Yanvar” İctimai Birliyinin sədri S.Əzimzadə tədbiri açaraq həyata keçirilən layihə haqqında ətraflı məlumat verib. Sonra 44 saylı orta məktəbin direktoru Leyla Baxşıyeva, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Muradov, Tofiq Allahverdiyev, Rey Kərimoğlu çıxış edib. Tədbirin gedişatında vətənpərvərliklə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin və 44 saylı orta məktəbin hazırladığı video roliklər izlənib, tədbirin aparıcısı, şəhidin dostu Şəmistan Əlizamanlı Milli Qəhrəmanımız Yusif Mirzəyevlə bağlı xatirələrini danışıb. Tədbir vətənpərvərlik mahnısının səsləndirilməsi ilə yekunlaşıb.



Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.








Diaspora