Cümhuriyyətin 100 illik yubileyinə 5 milyon manat ayrıldı

Cümhuriyyətin 100 illik yubileyinə 5 milyon manat ayrıldı backend

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması üçün növbəti ilin dövlət büdcəsi layihəsində 5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev gələn il Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.