Qaziler.az saytı APA-Economicsə istinadən xəbər veriri ki, sabah Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar sabah fevralın 4-də saat 09:00-dan 18:00-dək Bakının Xətai rayonunun bir hissəsinə, saat 10:00-dan işlər başa çatanadək isə Xəzər rayonunun bir hissəsinə və Səbail rayonunun Bayıl qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.Sabah Bakının 3 rayonunda qaz təchizatı məhdudlaşdırılacaq

