Sumqayıtda Şəhidlərin şəkilləri vurulmuş küçədəki lövhələr kimlər tərəfindənsə kəsilərək qeyri-müəyyən yerə aparılıb. Məsələ ilə bağlı bir qrup şəhid ailəsi Sumqayıt şəhər icra hakimiyyətinə gedib başçı ilə görüşmək istəyiblər.
Amma yeddi saat qapı arxasında gözlədilən şəhid ailəsini Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul etməyib.Sonda onları başçının Tahir adlı müavini qəbul edib və bildirib ki, şəhidlərin şəkilləri olan lövhələri küçələrdən götürülməsinə icra hakimiyyəti göstəriş verməyib.
QAZİLER.AZ saytı xəbər verir ki, bütün bunları Xəyal Rəşid Bağırov adlı facebook istifadəçisi öz səhifəsində yayıb.
Əldə etdiyimiz məlumata görə, hazırda Şəhid ailələri, Qarabağ əlilləri (Qaziləri) və müharibə veteranlarının hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar, eyni zamanda keçmiş döyüşçülər bununla bağlı ölkə prezidentinə müraciət etməyə hazırlaşır.
Əldə etdiyimiz məlumata görə, hadisə dünən gecə baş verib. Gündüz isə Şəhid Seymur Baxışovun şəkli vurulmuş lövhə kəsilib aparılıb.
Məsələni diqqətdə saxlayacağıq.