Hər fəslin öz gözəlliyi olduğu kimi, payız fəslinin də öz əhval-ruhiyyəsi vardır. Payız qışın xəbərçisidir. Gözəlliyi ilə göz oxşayan bu fəsil, bərəkəti ilə də könül oxşayır. Xırdalan şəhər 23 saylı körpələr-evi uşaq bağçası da payız fəsli ilə əlaqədar "açıq məşğələ" keçirilib
Qaziler.az absheronxeber.az-a istinadən bildirir ki, toplantıda bağçanın müdiri Aybəniz Sadıxova giriş sözlə çıxış edərək qonaqları salamladı. Bildirildi ki, hər fəslin özünəməxsus gözəlliyi var. Lakin payız fəsli Abşeronda öz gözəlliyi ilə daha da seçilir.Daha sonra tədbir balaca fidanların hazırladıqları payız fəsilinin nümayiş edildiyi əyləncəli proqramla davam etdirildi.
"Açıq məşğələ"nin dinləyicilərindən 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Vüsalə Məşədiyeva, Abşeron RİH-in əməkdaşları Elnarə Umayeva və Samirə İsmayılzadə çıxış edərək "açıq məşğələ"nin yüksək səviyyədə keçdiyini, payız fəsili ilə bağlı bağçada uşaqlarla geniş iş aparıldığını, nəticədə onlarda bu sahədə kifayət qədər aydın təsəvvürlər formalaşdığını qeyd etdilər,bağçanın rəhbərliyinə, tədbirin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildirdilər .