2014-cü ildə 41,8 milyon ton təhlükəli kimyəvi maddəli elektronika zibilliyə atılıb.
Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına sitinadən xəbər verir ki, Cenevrədə BMT ekspertləri elektronikanın - ilk növbədə tərkibində yüzlərlə təhlükəli zəhərləyici maddənin olduğu köhnə mobil telefon və kompüterlərin utilizasiya problemini müzakirə edirlər. Hər il milyondan çox insan zəhərli kimyəvi maddələrlə zəhərlənmə nəticəsində dünyasını dəyişir. Bu barədə BMT-nin məlumatında deyilir.Bildirilir ki, köhnə mobil telefon, kompüter, televizor və digər elektronika zibillikləri əksər ölkələrdə ətraf mühit və insanların sağlamlığı üçün ciddi təhlükə törədir.
BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru (UNEP) Axim Ştayner bildirib ki, bu gün kimya bizim ətrafımızda və içimizdədir və bu, ölümlə nəticələnə bilər. O qeyd edib ki, təkcə 2014-cü ildə 41,8 milyon ton elektronika zibilliyə atılıb.
Cenevrədə görüş iştirakçıları təhlükəli kimyəvi maddə və tullantılar üzərində nəzarəti nəzərdə tutan üç beynəlxalq konvensiyaya əməl olunmanın möhkəmlənməsi yollarını müzakirə etmək üçün toplaşıblar.
A.Ştayner vurğulayıb ki, elektron tullantılar planetdə sunami kimi dolub daşır, - BMT saytı “www.un.org” yazır.