“Qarabağ Qaziləri” ictimai birliyinin Hacıqabul rayon şöbəsinin üzvləri Tərtər rayonda - döyüş zonasında düşmənlə üz-üzə dayanan əsgər və zabitlərlə görüşüblər.
Bu barədə “Qarabağ Qaziləri” ictimai birliyinin Hacıqabul rayon şöbəsindən QAZILER.AZ saytına məlumat daxil olub.Tədbirdə çıxış edən rayon şöbəsinin sədri, Qarabağ qazisi Abdulov İntiqam ön cəbhədə xidmət edən gənc əsgərlərimizə vətənpərvər ruhlu tövsiyələr verib, onlara vətənimizin adını daim uca tutmağı arzulayıb. “Biz Qazilər ön cəbhədə xidmət edən əsgər və zabitlərimizə kiçik hədiyyələr təqdim etdik. Bizlər bu bölgədə Milli Qəhrəmanımız Mübariz İbrahimov adına olan postda da olduq”.
Görüşdə çıxış edən Müdafiə Nazriliyinin əməkdaşı polkovnik Abdulla Qurbani ordumuzun müdafiə qüdrətinin gündən-günə artdığını və əsgər və zabitlərimizdə milli ruhun yüksək olduğunu qeyd edib. O, eyni zamanda, vurğulayıb ki, qarşınızda duran Qazilər, veteranlar vətənin çətin günlərində, silah-sursatın çatışmayan vaxtlarında könüllü olaraq silaha sarılaraq vətənimizin müdafiəsinə qalxıblar.
Natiq belə görüşlərin digər döyüş bölgələrində də keçirilməsinin əhəmiyyətini vurğulayıb.
QAZILER.AZ