“MİR” Dövlətlərarası Teleradio Şirkətinin 25 illiyi ilə əlaqədar atəşfəşanlıq keçirilib

“MİR”  Dövlətlərarası Teleradio Şirkətinin 25 illiyi ilə  əlaqədar atəşfəşanlıq keçirilib backend

Ötən gün “MİR” Dövlətlərarası Teleradio Şirkətinin 25 illiyi münasibətilə MDB ölkələrində, həmçinin Gürcüstanda möhtəşəm atəşfəşanlıq keçirilib.

Qaziler.az-ın məlumatına görə, böyük maraqla qarşılanan atəşfəşanlıq “MİR” TV-nin loqosunu özündə əks etdirən rənglərlə ifadə olunub və müəyyən edilmiş yerlərdə təşkil olunub. Bakıda isə uzun müddət yaddaşlarda qalacaq yubiley atəşfəşanlığı “Dağüstü” parkda keçirilib. Atəşfəşanlığı “MİR” DTRŞ-nin Azərbaycan Milli Nümayəndəliyinin əməkdaşları ilə yanaşı, xarici turistlər və şəhər sakinləri maraqla izləyiblər.
Qeyd edək ki, “MİR” Dövlətlərarası Teleradio Şirkəti 1992-ci ildə MDB məkanında informasiya mübadiləsini daha dolğun və düzgün çatdırımaq məqsədilə yaradılıb. “MİR” Teleradio Şirkətinin verilişləri MDB-yə üzv olan 9 ölkədə, eləcə də Gürcüstanda, Baltik və Şərqi Avropa ölkələrində yayımlanır. Hesablamalara görə “MİR”, “MİR-24” və “MİR-HD” kanallarını gündəlik 140 milyona yaxın tamaşaçı izləyir .