Bakıda havanın temperaturu normadan 3-4 dərəcə aşağı olub

Bakıda havanın temperaturu normadan 3-4 dərəcə aşağı olub backend

Bakıda və Abşeron yarımadasında ötən gün müşahidə edilən havanın temperaturu çoxillik iqlim normasından 3-4 dərəcə aşağı olub.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, bu gündən başlayaraq, ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir. Yaxın 2-3 gün ərzində havanın yağmursuz keçəcəyi və temperaturun yüksələcəyi proqnozlaşdırılır.