Keçmiş siyasi məhbus, araşdırmaçı jurnalist Xədicə İsmayıl Polis bölməsinə çağırılıb.
Xədicə İsmayıl bu barədə öz “Facebook” səhifəsində yazıb.O bildirib ki, Polis onu axtarır.
“Anamın ünvanı üzrə polis bölməsinə çağırıblar. Deyirlər, yarım saatlıq işimiz var. Deyirəm, qeydiyyat və yaşayış yerim başqa ünvandır, çağırış vərəqəsi göndərin, görüm, niyə çağırırsız.” – Xədicə İsmayıl bildirib.
Xədicə İsmayıl əlavə edib ki, artıq Polis bölməsinə gedir.