Məzarlarda dəbdəbəli sinə daşlarının qoyulması QADAĞAN EDİLİR

Məzarlarda dəbdəbəli sinə daşlarının qoyulması QADAĞAN EDİLİR backend

Məhərrəm ayı ilə bağlı mərasimlərin məscidlərdən kənarda keçirilməsi yolverilməzdir. Bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, bu cür mərasimlərin yalnız məscidlərdə qeyd olunması qanunvericilikdə də öz əksini tapıb. Mübariz Qurbanlı dəbdəbəli sinə daşlarının qoyulmasına və yas mərasimlərinin sadə şəkildə keçirilməsinin bütün ölkə üzrə nə vaxt tətbiq edilməsinə də toxunub.
Məhərrəm ayı ilə bağlı mərasimlər yalnız məscidlərdə keçirilməlidir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, Oktyabrın 1-də Aşura mərasimi keçiriləcək. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var və həmin fətvada Məhərrəm ayında keçirilməsi planlaşdırılan bütün tədbirlər və qaydalar öz əksini tapıb. Qanunvericiliyə görə bu cür mərasimlər yalnız məscidlərdə keçirirlməlidir.
Mübariz Qurbanlı qəbirlərə dəbdəbəli sinə daşlarının qoyulmasına da toxunub. Komitə sədri deyib ki, bununla bağlı qanun layihəsi hazırlanır və qəbirstanlığın salınması ilə bağlı bir sıra ümumi standartlar tətbiq ediləcək.
Komitə sədri yas mərasimlərinin sadə şəkildə təşkilindən də danışıb. O, bildirib ki, bu qaydanın bütün ölkə üzrə nə vaxt tərtbiq ediləcəyi ilə bağlı hər hansı bir müddət göstərmək mümkün deyil. Çünki, bu məsələ qanun şəklində deyil, tövsiyyə xarakterlidir.
Mübariz Qurbanlı yas mərasimlərinin sadə şəkildə keçirilməsininin vətəndaşlar tərəfindən də rəğbətlə qarşılandığını deyib. 9xezerxeber.az)