Lütfi Zadənin cənazə namazı qılındı

Lütfi Zadənin cənazə namazı qılındı backend

Dünya şöhrətli alim Lütfü Zadənin cənazəsi bu gecə saat 03.00 radələrində Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Heydər məscidinə aparılıb.


APA-nın xəbərinə görə, məsciddə cənazə namazı qılınıb, Lütfü Zadənin ruhuna dualar oxunub. Cənazə vida mərasiminin keçiriləcəyi Azərbaycan Milli Elmlər Akademiyasına aparılır. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.