Bakıya gələn turistlərə və ölkə vətəndaşlarına yüksək səviyyəli xidmət göstərmək üçün Heydər Əliyev adına Hava Limanına işləyən sərnişin avtobusları yenilənib.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri İslam Qasımlının ANS PRESS-ə verdiyi məlumata görə, aeroportdan “28 may” metrosu yaxınlığına 116 saylı avtobus işləyəcək.Həmin istiqamətə işləyən avtobuslar yeni Avropa standartlarına uyğun yeni avtobuslardır. Həmin avtobuslar Səməd Vurğun bağından aeroport istiqəmətinə hərəkət edəcək. Onların arasında 15 dəqqiə interval olacaq.
Qeyd edək ki, avtobus Avro-5 standartlarına uyğundur. Avtobusda 3 kamera var. Sürücü kabinəsində isə monitor quraşdırılıb. Sürücü monitor vasitəsilə avtobusu bütünlüklə görə bilir. Avtobusda baş verənlər isə kameranın yaddaşına yazılır. Sürücü səsgücləndirici vasitəsilə sərnişinlərə müraciət də edə bilər.
Sərnişin avtobusunda kondisioner və istilik sistemləri quraşdırılıb.
Qeyd edək ki, yeni avtobuslar İtaliya və Türkiyənin birgə istehalıdır.
Yeni avtobusların ən mühüm xüsusiyyəti isə arxa və ön hissələrin yola uyğun idarə ediliməsidir.