Qubada Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsinin açılışı olub

Qubada Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsinin açılışı olub backend

Bu gün Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adını daşıyan küçədə onun xatirə lövhəsinin açılışı olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində rəsmi şəxslərlə yanaşı, Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri və qəsəbə sakinləri iştirak edib.

Öncə Azərbaycanın dövlət himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Milli Qəhrəmanın döyüş yoluna nəzər salıblar. Bildirilib ki, Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv edib. O, 23 yaşında olarkən 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək döyüş meydanında qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Diaspora