Azərbaycan Prezidenti İlham Əliyev Rəşad Məmmədovun Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Rəşad Rəfael oğlu Məmmədov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilsin.