Vəkillər Kollegiyasının sədri Azər Tağıyev istefa verdiyini təsdiqləyib. Lent.az-a açılqlama verən Azər Tağıyev səhhətində problem olduğunu və bununla bağlı geniş danışmaq istəmədiyini deyib.
Azər Tağıyevin müavini Fərhad Nəcəfov isə Lent.az-a açıqlamasında sədr əvəzi kimi işlərin ona həvalə olunduğu deyib
***
23:21
Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin vəzifəsindən istefa verdiyi bildirilir.
Lent.az xəbər verir ki, “azvision.az”-a daxil olan məlumata görə, Azər Tağıyev səhhətində olan problemə görə belə addım atmağa məcbur olub.
Qeyd edilib ki, növbəti qurultayadək Vəkillər Kollegiyasının sədrinin səlahiyyətlərini Azər Tağıyevin müavini Fərhad Nəcəfov icra edəcək.