QHT sədri: “İstehlakçı diqqəti vacib amildir”

QHT sədri: “İstehlakçı diqqəti vacib amildir” backend

Qaziler.az Qhtxeber.az-a istinadən bildirir ki, yay mövsümünün yaxınlaşması, havaların istilənməsi ilə əlaqədar sərinləşdirici içkilərə və dondurmalara tələbat, ticarət obyektlərində bu cür məhsulların çeşidi də artır.

Heç şübhəsiz ki, bol çeşid istehlakçılar üçün həm də geniş seçim imkanı yaradır. Belə olan halda kənar təsirlərə həssas olan bu cür məhsulların saxlanılmasına diqqət yetirilməlidir. Belə ki, sərinləşdirici içkilər, xüsusilə dondurmalar qanunla müəyyən edilmiş saxlama rejimində saxlanılmalı, istehlakçıya satış zananı ixtisaslaşdırılmış vitrinlərdən istifadə olunmaqla təqdim olunmalıdır.

Məsələyə münasibət bildirən “Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyevanın qhtxeber.az-a dediyinə görə, təəssüf ki, bu şərtlərə heç də həmişə əməl olunmur: “Belə ki, bəzən sərinləşdirici içkilər açıq havada, isti günəş altında saxlanılır ki, bu da onun keyfiyyət göstəricilərinin dəyişməsinə, bəzi hallarda isə istehlaka yararsız hala düşməsinə səbəb olur.

Ötən illərin müşahidələri göstərir ki, saxlanma və satış şəraitinin pozulması hallarını dondurmalara da aid etmək olar. Belə ki, bəzi ticarət obyektlərində dondurmanın satışı üçün nəzərdə tutulmuş vitrinlər açıq qalır, bu səbəbdən dondurmalar qismən əriyir və keyfiyyətini dəyişirlər. Ərimiş dondurmalar isə yenidən dondurularaq satışa çıxarılır. Bu “prosesdə” artıq keyfiyyət göstəriciləri dəyişmiş dondurmalar əvvəlki keyfiyyətə malik məhsullar kimi istehlakçıya təklif olunur. Odur ki, xüsusi saxlama şəraiti tələb edən bu cür məhsulları alarkən diqqətli olmaq tövsiyə olunur. Əks halda problemlərlə üzləşə bilərsiniz”.

QHT sədri bildirib ki, saxlanma temperaturunun daimiliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu yoluxma etimalını artırır:

“Mövcud qanunvericilikdə bu cür həssas qida məhsullarının saxlanmasına xüsusi tələblər qoyulmuşdur. Belə ki, dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 180C-dən yüksək olmayan temperaturda saхlanılmalıdır. Bu temperaturda meyvə-giləmeyvə və aromatik dondurmaları 1,5 ay, südlü dondurmanı 1 ay, qaymaqlı dondurmaları 1,5 ay, plombir dondurmasını 2 ay saхlamaq olar. Ticarət şəbəкəsində isə dondurmaları ümumilikdə mənfi 120C-dən yüкsəк olmayan temperaturda 5 gün saхlamaq olar. Dondurmanın ticarət şəbəkəsində qeyd edilən müddətdən artıq saxlanması yolverilməzdir”.

Sərinləşdirici içkilərə gəldikdə isə, R. Mehdiyeva qeyd edib ki. bu məhsulların da saxlanılmasına qanunvericilikdə tələblər müəyyənləşdirilib:

“Belə ki, spirtsiz içkilər 00-120C temperaturda saxlanılmalıdır. Optimal şəraitdə spirtsiz içkilərin saxlanılma müddəti qazlı içkilər üçün 30 gündən 6 aya qədərdir.
Şərbətlərin, meyvə-giləmeyvə ekstraktlarının, morsların, qaynar meyvə-giləmeyvə içkilərinın və meyvə-giləmeyvə şirələrinin aid edildiyi qazsız spirtsiz içkilər isə 00-120C temperaturda saxlanılmalıdır. İstehlakçılardan diqqət, satıcılardan isə qanunvericiliyin tələblərinə əməl etmək tələb olunur. Necə deyərlər, sağlamlığımız öz əlimizdədir!”

Diaspora