AMEA-nın Rəyasət Heyətinin və şəxsən Prezident, akademik Akif Əlizadənin xüsusi dəstəyi və qayğısı ilə 1 may 2015-ci il tarixdə Fəlsəfə və Hüquq İnstitutunun Akt zalında, Ümummilli Lider, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr edilmiş “Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda III Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin və görkəmli akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, onların məzarları üzərlərinə tər çiçəklər düzmüşlər.
Qaziler.az-a verilən xəbərə görə, konfransda Azərbaycan Respublikası Prezident Aparatının, Milli Məclisin, Kons¬titusiya Məhkəməsinin, İnsan Hüquqları üzrə Müvəkkilliyin nümayəndələri, ölkəmizin elm və təhsil qurumlarının tanınmış alimləri ilə yanaşı Almaniyanın Potsdam Universitetinin hüquq fakültəsinin kanslerləri, hüquq doktoru, prof. Uve Xelmanın, hüquq doktoru, prof. Pavel Qolovnenkovun, Diana Ştaqenin, Makedoniyanın Müqəddəs Kirill və Üsulları Universitetinin dekan müavini, h.e.d., prof. Nikola Tupaçevskinin, Ankara Strateji İnstitutunun rəhbəri, prof. Mehmet Özcanın, Türkiyə Cümhuriyyətinin Qazi Universitetinin kafedra müdirləri, prof. İlyas Doğanın, prof. Erdal Hakimoğullularının, Məlikşah Universitetinin Hüquq Fakültəsinin dekanı, prof. Murat Şenin, RF-nın Kriminalistlərin və Kriminoloqların Beynəlxalq İttifaqının Prezidenti, prof. İ.M.Matskeviçin, Beynəlxalq Hüquqi Təşəbbüslərə Dəstək Fondunun direktoru Miqunov Alekseyin, Moskva İqtisadiyyat və Hüquq Akademiyasının prorektoru, prof. Oleq Zaytsevin, RF Daxili İşlər Akademiyasının Beynəlxalq Elmi Mərkəzinin rəhbəri, prof. Viktor Qriqoriyevin, RF Təhsil Nazirliyinin departament rəhbərinin müavini, prof. Serqey Paxomovun, O.E.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının dosenti Vladislav Orlovun və beynəlxalq miqyasda tanınmış digər görkəmli alimlər məruzələr etmiş, mövzu ilə bağlı azərbaycanlı alimlərin, millət vəkillərinin fikirləri və mülahizələri dinlənilmişdir.Rusiya Federasiyasından gəlmiş qonaqların bir hissəsi Ulu Öndər Heydər Əliyevin vaxtında təhsil almış, işləmiş və ya onunla bilavasitə ünsiyyətdə olmuş tanınmış tədqiqatçılar olmuşlar.
Konfransda müstəqilliyin ilk illərində kifayət qədər çətin və mürəkkəb bir şəraitdə, Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsindəki müdrik siyasəti bir örnək və nümunə olaraq Azərbaycan Respublikasının ilk milli Konstitusiyası kontekstində müqayisəli şəkildə təhlil ediləcək, bu siyasətin, onun layiqli davamçısı, ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin reallıqlarına diqqət verilmişdir. Dağlıq Qarabağ münaqişəsinə əsassız olaraq cəlb edilməsinə baxmayaraq, ölkəmizin dünyanın ən inkişaf etmiş qabaqcıl ölkələrindən birinə çevrilməsinin iqtisadi, siyasi, mədəni və mənəvi yüksəlişinin başlıca istiqamətlərinin və hüquqi əsaslarının səciyyəvi xüsusiyyətləri təhlil edilmişdir. Bu gün, Azərbaycanın bütün istiqamətlərdə, dünyanın dinamik inkişafda olan ölkələrindən birinə, tolerant və multikultural nümunələri ilə beynəlxalq mərkəzə çevrilməsinə aparan şərəfli bir yolun elmi və analitik araşdırılmasına yer ayrılmışdır. Hüquqi, demokratik dövlət quruculuğunun təcrübi və real həllini təmin etmiş Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərinin nəzəri və təcrübi aspektləri mükəmməl və ətraflı təhlil edilmiş və mövcud problemlərin həllinə dair fikir və mülahizələr bildirilmişdir.
Türkiyədə, Almaniyada, Makedoniyada, Rusiya Federasiyasında, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun aktual problemləri, Ulu Öndər, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin nəzəri və təcrübi baxışları kontekstində ətraflı təhlil edilmiş, bu sahədə dünyada müşahidə edilən oxşar problemlərin uğurlu həlli sahəsində Azərbaycan təcrübəsinə, ölkə prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi hüquqi dövlət quruculuğu siyasətinin başlıca istiqamətlərinə, “Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası” kontektsində xüsusi diqqət yetirilmişdir.
Konfrans iştirakçılarının bir qrupunun Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, İnsan Hüquqları üzrə Müvəkkillikdə görüşlər keçirilmişdir.
İnstitutun foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi qonaqların marağına səbəb olmuşdur.