Lütfi Zadənin cənazəsinin gətirilməsi üçün sənədləşmə işi bitib

Lütfi Zadənin cənazəsinin gətirilməsi üçün sənədləşmə işi bitib backend

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin meyitinin gətirilməsi üçün son sənədləşmə və hazırlıq işləri aparılır.

Alimin nəşinin gətirilməsi üçün peşəkar daşınma şirkəti tərəfindən xüsusi soyuducu konteyner hazırlanmaqdadır.
Bunu Lütfi Zadənin ailə dostu, Texniki Universitetin professoru Şahnaz Şahbazova "Xəzər Xəbər"ə müsahibəsində deyib.
Xezerxeber.az-ın məlumatına görə, bu prosses gələn həftənin sonuna təsadüf edə bilər.
20 ildən çoxdur Lütfi Zadə ailəsinin dostu olan Şahnaz Şahbazova alimin oğlu Norman Zadə ilə də daima əlaqə saxladığını dedi. Alimin elmi işlərinin varisi olan Şahnaz Şahbazova, Lütfi Zadənin çalışdığı Berkli Universitetində ölümündən sonra onun elmi labotoriyasının bağlanmaması üçün amerikalı rəsmilərlə görüşüb, danışıqlar apardığını da bildirdi. Hazırda həmin laboratoriya fəaliyyətini davam etdirir.
Şahnaz Şahbazovanın sözlərinə görə, Lütfi Zadə 74 il Amerikada yaşasa da, məhz azərbaycanlı kimi qalmağı bacarıb. O, Azərbaycanın milli yeməklərini hər zaman digərlərindən üstün tutub. Günlük oxuduğu məlumatlar arasında isə mutləq Azərbaycanla bağli bir neçə məlumat olub. Lütfi Zadənin öz dili ilə desək, o, ürəyini Bakıda qoyub getmişdi. İndi isə o, məhz qəlbinin olduğu yerə - dogma Vətəninə qayıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: