Azərbaycanın İraqdakı səfirliyi İraqda İŞİD-dən təmizlənən ərazilərdən xilas edilən azərbaycanlı uşaqlarla bağlı araşdırmaya başlayıb.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın İraqdakı səfiri Ramiz Qafarov məlumat verib. Onun sözlərinə görə, hazırda azyaşlıların Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr aparılır.
Səfir həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də danışıqların aparıldığını bildirib.
Qeyd edək ki, bundan öncə “Sputnik Azərbaycan” İraqda İŞİD-dən azad edilən torpaqlarda iki yaşlı Xədicə və üç yaşlı Abdulla adlı uşağın tapıldığı haqqında video yaymışdı. Agentlik məlumatda uşaqların valideynlərinin həlak olduğunu, onların isə Bağdaddakı sığınacaqlardan birinə yerləşdirildiyi bildirilmişdi.