Bakı Türk şəhidliyində Kərküklü şəhidlər anıldı

Bakı Türk şəhidliyində Kərküklü şəhidlər anıldı backend

Bugün “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) və Qarabağ (Azərbaycan)–Kərkük (İraq) Dayanışma (Həmrəylik) Platforması tərəfindən “Kərkük şəhidlərini anma toplantısı” təşkil edildi.


Anma toplantısında çıxış edən millət vəkili Qənirə Paşayeva, 15 sentyabrda Bakının işğaldan azad olmasının 99-cu ildönümünün geniş qeyd edildiyini vurğulayaraq, hər gün ziyarət etməli olduğumuz Bakı Türk Şəhidliyini bugün də ziyarət etməyin aydı bir anlam daşıdığını qeyd etdi. O, bildirdi ki, bir çoxumuz bu abidəni yalnız Türkiyəli qardaşlarımızın şərəfinə ucaldılmış abidə kimi tanıyırıq, əslində, o vaxtkı Osmanlı imperiyasına daxil olan bir çox başqa torpaqlardan da Bakının (ümumən Azərbaycanın) qurtuluşu üçün savşmağa gələnlər, Azərbaycanda şəhidlik zirvəsinə ucalanlar olub. O sırada, doğma Kərkükümüzdən də, yeddi şəhidimiz vardır.

“Bakıda Türk Şəhidliyində xatirəsi əziz tutularaq, əbədiləşdirilənlər, ümumən o şanlı tarix heç bir zaman unudulmayacaq, hər zaman sevgi ilə anılacaqdır.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın başçılıq etdiyi Qafqaz Türk-İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri daşnak-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ayrı-ayrı düşmən qüvvələrin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də Bakıda, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan mehmetciklərin məzarları ziyarət olunur. Hər il Bakıda türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir.” – xanım millət vəkili qeyd etdi.

Anım tədbirində İraqlı soydaşlarımız, tanınmış tədqiqatçı-yazarlar dr. Mustafa Ziya, dr. Şəmsəddin Kuzəçi, əməkdar artist Aybəniz Haşımova, Türkiyəli iş adamları Yılmaz Okuklu və Mehmet Akbıyık da çıxış edərək, Kərkükdən, digər qardaş ellərdən gələrək, Azərbaycan uğrunda can fəda edən şəhidlərin qəhrəmanlığının gənc nəsillər üçün əvəzsiz bir örnək təşkil etdiyini qeyd etdilər.