Valideynin aşırı qayğısı ilə böyüyənlər məktəb mühitinə çətinliklə uyğunlaşır.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev Feysbuk hesabında 1-ci sinfə gedən uşaqların hansı səbəbə görə ağladığına münasibət bildirərkən yazıb.
Onun sözlərinə görə, uşaqlar bir neçə səbəbə görə ağlayırlar:
Təcrübə göstərir ki, ev şəraitində və ya 5-6 nəfər uşaqla özəl mərkəzlərdə hazırlıq kursu keçənlər, hətta bağçaya gedən uşaqların bəziləri də məktəbin hay-küyünə adekvat reaksiya verə bilmirlər. Uşaqları sevmək lazımdır, amma fasiləsiz “gözümdən uzağa getmə” prinsipi ilə yox (xüsusən oğlan uşaqlarını). Onlar həyətdə oynamalı, tanımadığı uşaqlarla ünsiyyət qurmağa çalışmalıdılar. Ancaq bu işdə valideynlər lazımsız məhdudiyyətlər qoyurlar. Yaxşı olar ki, valideynlər uşaqlarını uşaq sayı çox olan hazılıq kurslarına qoysunlar. Bu mikroməktəb mühitinə əvvəlcədən uyğunlaşmaq üçün çox vacibdir”.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə məktəbin ilk günü ağlayan uşaqların şəkillərin yayılıb.