Poçt şöbələrinin kompüterləşdirilməsi davam etdirilir

Poçt şöbələrinin kompüterləşdirilməsi davam etdirilir backend

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün poçt şöbələri, demək olar ki, baş ofisdə yerləşən Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə qoşulub.

Artıq mindən çox poçt şöbəsi kompüterləşdirilib və proses hazırda davam etdirilir.

QAZİLER.AZ saytı xəbər verir ki, Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş direktorunun müavini Sübhan Kazımov məlumat verib.

MMC rəsmisi poçt xidmətləri ilə yanaşı, bank-maliyyə xidmətlərinin göstərilməsindən bəhs edərək, bu xidmətlərin Mərkəzi Bankın verdiyi lisenziya əsasında həyata keçirildiyini vurğulayıb. Texniki imkan olan yerlərdə yerüstü xətlərdən istifadə olunur. Texniki imkan olmayan yerlərdə isə peyk və digər rabitə imkanları vasitəsilə poçt şöbələrinin mərkəzi sistemə qoşulması davam etdirilir. Bu sistemə qoşulmaqla pulköçürmə əməliyyatları sürətli, operativ şəkildə həyata keçirilir:

“Bu gün “Azərpoçt”un bütün ofislərində dünya pulköçürmə sistemi olan “Western Union”, “CONTACT”, “MİQOM”, “Zolotaya korona” və digərlərindən istifadə edir. Eyni zamanda milli poçt Ümumdünya Poçt İttifaqının beynəlxalq şəbəkəsi olan “STEFİ” proqramı əsasında MDB ölkələri ilə də poçt mübadiləsi həyata keçirir. Türkiyə ilə pulköçürmə proqramlarımız var. Digər ölkələrlə də belə poçt müqavilələrimiz var ki, tədricən onların hamısı elektronlaşmaya keçməkdədir”.

Qeyd edək ki, hazırda “Azərpoçt” MMC öz müştərilərinə 15 ədəd ATM və poçt şöbələrində (əsasən rayon mərkəzlərində) quraşdırılmış 109 ədəd POS-terminal qurğuları vasitəsilə xidmətlər göstərir.
Diaspora