Təhsil Nazirliyinin “qaynar xətt”inə 7427 zəng daxil olub

Təhsil Nazirliyinin “qaynar xətt”inə 7427 zəng daxil olub backend

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə daxil olan zənglərlə bağlı statistika açıqlanıb.

QAZİLER.AZ -ın Təhsil Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Telefon Məlumat Mərkəzinə 7427 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox) və Kommutator xidmətinə 3300-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4279 vətəndaşa xidmət göstərilib.


Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 524 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1267 sənəd (442 ərizə, 713 məktub, 112 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin işə qəbulu ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (1664 zəng) və cümə axşamı (1637 zəng) günləri, əsasən, saat 10:30-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə (962 müraciət) və çərşənbə axşamı (853 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
Diaspora