“Real Madrid“ braziliyalı müdafiəçi ilə yeni müqavilə bağlayıb

“Real Madrid“ braziliyalı müdafiəçi ilə yeni müqavilə bağlayıb backend

İspaniyanın "Real Madrid" klubu futbolçusu Marselo ilə müqavilə müddətini uzadıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı müdafiəçi ilə yeni anlaşma 2022-ci ilədək qüvvədə olacaq.
O, Madrid təmsilçisinə 2007-ci ildə Braziliya "Fluminense"sindən keçib. Marselo apreldə "Real Madrid"in heyətində 400-cü oyununa çıxıb.