Kiyevdə “Şərq Tərəfdaşlığı“ ölkələrinin media konfransı başlayıb

Kiyevdə “Şərq Tərəfdaşlığı“ ölkələrinin media konfransı başlayıb backend

Kiyevdə "Şərq Tərəfdaşlığı" proqramına üzv olan ölkələrin ikinci media konfransı başlayıb.


Qaziler.az "Report"-a istinadən xəbər verir ki, 6 dövlətin (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) KİV nümayəndələrinin qatıldığı tədbir noyabr ayında Brüsseldə keçiriləcək növbəti "Şərq Tərəfdaşlığı" sammitindən öncə təşkil olunub.

Toplantı iştirakçıları regionda KİV ilə bağlı vəziyyəti, sosial medianın və müstəqil medianın universal dəyərlərin qorunmasında rolunu müzakirə edəcəklər.
Konfransın açılışında Avropa Komissiyasının, Ukraynadakı Avropa İttifaqı missiyasının nümayəndələri, Estoniyanın xarici işlər naziri Sven Mikser, ATƏT-in mətbuat azadlığı üzrə keçmiş nümayəndəsi Dunya Miyatoviç və başqaları iştirak edirlər.

Tədbiri açıq elan edən genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Yohannes Han iştirakçılara ünvanlanan videomüraciətində cəmiyyət və demokratiya üçün güclü və müstəqil medianın əhəmiyyətini qeyd edib. O, Aİ-nin müstəqil mediaya dəstək verməkdə davam etdiyini vurğulayaraq, müzakirələrin məhsuldar alınacağına ümid etdiyini bildirib.

Müzakirələr daha sonra plenar sessiyalar çərçivəsində davam etdiriləcək.
Tədbirdə "Report" İnformasiya Agentliyinin əməkdaşı da iştirak edir.
Diaspora