QAZİLƏR.AZ saytı xəbər verir ki, Bakı Metropolitenində kitab oxumaq təbliğ olunur. “Bakı Metropoliteni”nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Lent.az-a bildirib ki, metro-stansiyalarda sadəcə kitab oxumaqla bağlı təbliğat işi aparılır.
Bu məqsədlə reklamlar üçün nəzərdə tutulmuş lövhələrdə xüsusi bannerlər də vurulur: “Artıq bu cür reklamlar Elmlər Akademiyası, Qara Qarayev, Neftçilər və digər stansiyalarda var”.Şöbə rəisi vurğulayıb ki, kitab oxunmasının təbliği bütün stansiyalarda həyata keçiriləcək.