Quzanlıda “Vətəni müdafiəyə daim hazırıq“ adlı forum keçirilir

Quzanlıda “Vətəni müdafiəyə daim hazırıq“ adlı forum keçirilir backend

Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin "Vətəni müdafiəyə daim hazırıq" adlı forumu keçirilir.


APA-nin məlumatına görə, forumun təşkilatçıları Dövlət Təhlükəsizlik Xidməti (DTX), Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edir.

Tədbirin sonunda prezident İlham Əliyevə forum adından müraciət ünvanlanacaq.