Rəsmi Vaşinqton mayın 3-də Dağlıq Qarabağda keçiriləcək seçkilərin nəticələrini tanımaq niyyətində deyil.
APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bəyan edib."ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır. Bununla əlaqədar,biz mayın 3-də keçiriləcək seçkilərin nəticələrini qəbul etməyəcəyik", deyə C.Ratke bildirib.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
