Bakı Şəhər İcra Hakimiyyəti və Yazıçılar Birliyi arasında "26" adlı kafe ətrafında münaqişə davam edir.
Qaziler.az Moderator.az-a istinadən bildirir ki, Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev Feysbuk sosial şəbəkəsindəki səhifəsində növbəti dəfə Bakının icra başçısı Hacıbala Abutalıbova müraciət edib.
Düzdür, yazıçı sonra bu postu silib, ancaq virtualaz.org-un redaksiyasında onun skrinşotu-ekran görüntüsü var.
"Əziz dostlar! Budur, hər şey aydınlaşdı! Bütün hər şeyi Hacıbala müəllim özü aydınlaşdırdı. Demə, o bu kafeyə ona görə şəxsən gəlib ki, ora tam ədəbsizlik yuvası imiş. O izah edib ki, bu binada Səməd Vurğun, Rəsul Rza, Hüseyn Cavid, Mikail Muşviq, Suleyman Rüstəm və başqaları kimi titanlar işləyiblər. Buna görə, Yazıçılar Birliyinə hörmət edərək, o burada belə obyektin işləməsinə normal yanaşa bilməyib. Üstəlik, girişdə də "Qadınlara qəlyanı pulsuz verirlər" yazılıbmış. İyrənclikdir! Və o belə "vertep"i şəxsən qapamağa qərar verib. Amma bir çey anlaşılmazdır. Əgər bu "vertep"dirsə, onda "iyirmi altı" rəqəminə hansı hörmət? Və əgər bu daşnakların təbliğatıdırsa, onda niyə "vertepe”də?", - deyə Çingiz Abdullayev yazıb.
Yazıçı merə yalnız bu kafenin sahiblərini yox, həm də həyatında nə vaxtsa ora baş çəkənlərin hamısını cəzalandırmağı təklif edib.