"BakuBus"a məxsus 6 saylı marşrut avtobusunda gərgin anlar yaşanıb.
Bakı Nəqliyyat Agentliyindən Axşam.az-a verilən məlumata görə, qadın sərnişinlərdən biri qaydaları pozaraq ön qapıdan düşməyə çalışıb.Avtobusa daxil olan digər sərnişinlərə maneə yaradan qadına sürücü orta qapıdan düşməyi söyləyib. Mübahisə də elə bundan sonra başlayıb.
Belə ki, qadın sərnişin qeyri etik ifadələrlə sürücünü təhqir edib. Sürücü isə peşəkarlıq nümayiş etdirərək yaşlı qadına heç bir reaksiya verməyib.