Azərbaycan informasiya təhlükəsizliyi üzrə elektron xidmətləri işə salıb

Azərbaycan informasiya təhlükəsizliyi üzrə elektron xidmətləri işə salıb backend

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzi (CERT) "Yoluxmuş IP" xidmətini işə salıb. Bu barədə Trend-ə CERT-dən deyiblər.

Mərkəzdən bildiriblər ki, yeni xidmət yoluxmuş IP ünvanların məlumat bazasında istifadəçiyə IP ünvanını yoxlamaq imkanı verir.

Bu xidmətdən yalnız Azərbaycan istifadəçiləri yararlana bilərlər. IP ünvanın yoluxduğu məlum olarsa, müvafiq xəbərdarlıq avtomatik olaraq ekranda göstərilir. Bildirişdə zərərli kodun aktivliyi barədə ətraflı məlumat əks olunacaq.

CERT-in təqdim etdiyi bəzi xidmətlər ("Şifrlərin onlayn generatoru", "Parolun təhlükəsizliyi", "Mənim IP ünvanım" və yeni "Yoluxmuş IP" kimi) hazırda fəaldır.

CERT informasiya təhlükəsizliyi üzrə daha iki onlayn xidməti - "Malware Lab" və "Virtual test" - işə salmağa hazırlaşır.
Diaspora