Tanınmış teleaparıcıya vəzifə verildi

Tanınmış teleaparıcıya vəzifə verildi backend

“Lider” televiziyasında bu yaxınlarda işdən ayrılan Lamiyə Ələkbərovaya İTV-də yeni vəzifə verilib.

Axşam.az-ın məlumatına görə, aparıcı İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

Ələkbərovanın bundan sonra müəllifi və aparıcısı olduğu Həyat tərzi” verilişi də İTV-də yayımlanacaq.

Qeyd edək ki, aparıcı 22 ildir televiziya sahəsində çalışır. O, bundan əvvəl Lider TV-də direktor müavini vəzifəsində çalışan çalışıb.