Bakıda bayram günlərində təcili yardıma nə qədər çağırış daxil olub?

Bakıda bayram günlərində təcili yardıma nə qədər çağırış daxil olub? backend

Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2000-ə yaxın çağırış daxil olub. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə deyib.

Onun sözlərinə görə, bayram günlərində stansiyaya daxil olan çağırışların sayında artım olmayıb: "Adi günlərdə olduğu kimi, bayram günlərində də təxminən eyni sayda çağırış daxil olub. Bayram günlərində hər hansısa fərqli xəstəliklər üzrə çağırışlar daxil olmayıb".

M.Mirzəzadənin sözlərinə görə, ümumiyyətlə müraciətlərdə ürək-damar sistemi xəstəlikləri ilə bağlı çağırışlar üstünlük təşkil edir.