Şəhid ailələri və Qarabağ Qazilərinə ŞAD XƏBƏR

Şəhid ailələri və Qarabağ Qazilərinə ŞAD XƏBƏR backend

Azərbaycanda iyul ayı ərzində şəhid ailələrinə mənzillərin verilməsi planlaşdırılır. QAZİLER.AZ saytı ANS TV-yə istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin əməkdaşı Çingiz Əliyev bildirib iki, bu cür ailələrə əvvəllər mənzillər ayrı-ayrı tikilib verilirdi. Amma indi adi insanların da yaşadığı mənzillərdə şəhid ailələrinə evlərin verilməsi nəzərdə tutulur. Buna görə artıq respublikanın 5 şəhərində - Bakı, Sumqayıt, Mingəçevir, Xırdalan və Gəncə şəhərlərində fərdi evlərin və binalarda mənzillərin verilməsi nəzərdə tutulur.

Çingiz Əliyev onu da qeyd etdi ki, bu mənzillər növbəlilik əsasında veriləcək. Təmir olunacaq evlərdə artıq işlərə başlanılıb. Yeni tikilən mənzillərdə evlər say əsasında hər kəsə veriləcək. Bununla da veriləcək binaların tikintisinə çox vaxt sərf olunmayacaq.

Nazirlikdən onu da bildirdilər ki, hazırda respublikanın 53 rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət 353 ədəd fərdi ev inşa olunur. Cari ilin iyul ayının sonunadək sözügedən ailələrin istifadəsinə veriləcək.

Diaspora