Ramil Usubov Göyçayda qəbul keçirəcək

Ramil Usubov Göyçayda qəbul keçirəcək backend

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 30-da saat 10:00-da Bərdə, Ağcabədi, Tərtər,Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalışəhər və rayonlarının sakinlərini Göyçay rayon polis şöbəsində qəbul edəcək.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəbul başa çatdıqdan sonra daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən şəxslərin sıra baxışı keçiriləcək.

Sıra baxışında yalnız qeyd edilən şəhər və rayonların aşağıdakı şərtlərə cavab verən sakinləri iştirak edə bilərlər:

- müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), əvvəllər məhkum olunmamış, tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, həmçinin boyu 170 santimetrdən aşağı olmayan Azərbaycan Respublikasının qadın vətəndaşları.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Müsabiqəyə yuxarıda göstərilən şəhər, rayon polis şöbələrinin post-patrul nizami hissələri üzrə 30 vəzifə elan edilir.

Daxili İşlər Nazirliyi diqqətə çatdırır ki, həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından kişi cinsli vətəndaşlara üstünlük veriləcəyi nəzərə alınmalıdır.
Diaspora