Milli Məclisin İntizam Komissiyasının sədri bu vəzifədən çıxarıldı

Milli Məclisin İntizam Komissiyasının sədri bu vəzifədən çıxarıldı backend

Milli Məclisin İntizam Komissiyasının sədri dəyişdirilib. Parlamentdən Modern.az-a verilən məlumata görə, Ağacan Abiyev İntizam Komissiyasının sədri vəzifəsindən çıxarılıb.


İntizam Komissiyasının sədri vəzifəsinə deputat Siyavuş Novruzov təyin edilib.

Qeyd edək ki, Siyavuş Novruzov həm də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.

Modern.az saytı məsələ ilə əlaqədar Ağacan Abiyevin özü ilə əlaqə saxlayıb. A.Abiyev Moskvadan yenicə qayıtdığını, məsələdən xəbərsiz olduğunu deyib.