Ermənistan Silahlı Qüvvələri yanvar ayında atəşkəsi 714 dəfə pozub

Ermənistan Silahlı Qüvvələri yanvar ayında atəşkəsi 714 dəfə pozub backend

Ötən ay provokasiyalar törətməyə cəhd göstərən Ermənistan Ordusunun 25-ə yaxın hərbçisi öldürülüb, 20-dən artıq əsgəri isə yaralanaraq sıradan çıxarılıb.

Cari ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 714 dəfə pozulub.
QAZİLƏR.AZ saytı xəbər verir ki, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbçisi şəhid olub, 1 hərbçisi isə mina partlayışında yaralanıb.
Ötən ay cəbhədə provokasiyalar törətməyə cəhd göstərən Ermənistan Ordusunun 25-ə yaxın hərbçisi öldürülüb, 20-dən artıq əsgəri isə yaralanaraq sıradan çıxarılıb. Bura işğal altındakı Azərbaycan ərazilərindəki separatçı Dağlıq Qarabağ rejiminin "ordusu"nun itkiləri daxil deyil.

İşğalçı Ermənistan Ordusu yanvar ayında cəbhədə iriçaplı pulemyotlardan, minaatanlardan, həmçinin qumbaraatanlardan da istifadə edib.

Ötən ay cəbhə xəttində – Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat aparmağa cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı vurulub. Eləcə də cəbhədə ermənilərə məxsus bir neçə hərbi nəqliyyat vasitəsi vurularaq sıradan çıxarılıb.
Yanvar ayında atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam rayonu istiqaməti gəlir. Ağdam rayonu istiqamətində 219 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur (127 fakt).
Qarabağ cəbhəsi üzrə yanvarda Tərtər rayonu istiqamətində 71 dəfə, Xocavənd rayonu istiqamətində 54 dəfə, Goranboy rayonu istiqamətində 50 dəfə, Cəbrayıl rayonu istiqamətində 35 dəfə, Göygöl rayonu istiqamətində 7 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb.

Ermənistan-Azərbaycan dövlət sərhədində aktivlik göstərən Ermənistan Ordusu Tovuz rayonu istiqamətində atəşkəs rejimini 63, Qazax rayonu istiqamətində 62, Ağstafa rayonu istiqamətində 14, Gədəbəy rayonu istiqamətində 12 dəfə pozub.
Qeyd edək ki, APA-nın apardığı monitorinqlərin nəticələrinə görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən 2014-cü ildə cəbhə xəttində atəşkəs rejimi iyul ayının son, avqust ayının ilk həftəsində cəbhədəki aktivləşmə istisna olunmaqla 4173 dəfə pozulub.
Diaspora