Millət vəkili Qənirə Paşayeva ön cəbhədə olub.
Qaziler.az Trend-ə istinadən bildirir ki, Q.Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən kəndlərində sakinlərlə görüşüb, bayramlarını təbrik edib, bayram hədiyyələrini təqdim edib, qayğı və problemlərlə maraqlanıb.
Q.Paşayeva cəbhə kəndlərində sakinlərin düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsinin, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək onların fədakarlığını xüsusi vurğulayıb.