Laçına 3D səyahət

Laçına 3D səyahət backend

Bakıda “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi yeni məhsulların – “Qafqaz Albaniyası : Gecikmiş həqiqətlər” sənədli və “Laçın – virtual səyahət” 3D qrafik təsvirli filmlərinin təqdimat mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan dilində, eyni zamanda ingilis və rus dillərində subtitrlərlə istehsal olunan “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filminin çəkilişində məqsəd Azərbaycanın qədim dövlətlərindən biri olan Qafqaz Albaniyası haqqında Ermənistanın elmi dairələrinin və erməni diasporasının dünya ictimaiyyətini aldatmaq yönündə fəaliyyətlərinə qarşı mübarizəyə tövhə vermək, Azərbaycan dövləti olan Qafqaz Albaniyasına məxsus tarixin, maddi - mədəni irsin, məbəd və kilsələrin, epiqrafik yazıların ermənilər tərəfindən saxtalaşdırılmasına dair elmi faktların dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

“Laçın – virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin Laçın rayonunun abidələri, küçələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Laçın tayonuna virtual səyahətə çıxır. Film gənc nəslin Qarabağ haqqında vizual məlumatlanmasına tövhə verəcək.

Xatırladırıq ki, mərkəz ötən il “Qarabağa virtual səyahət” silsiləsindən“Şuşa – virtual səyahət” 3D qrafik təsvirli filmini də təqdim edib.

Tədbirdə mərkəzin Azərbaycan, ingilis, rus dillərində olan rəsmi portalı www.virtualkarabakh.az internet səhifəsinin türk və fransız dillərində olan yeni versiyaları da təqdim olunub.

Xatırladırıq ki, “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılıb.
Diaspora