Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb backend

Prezident İlham Əliyev Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. QAZİLER.AZ-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.

Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.