Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişiklik vətəndaşın işini asanlaşdıracaq. ANS TV-nin məlumatına görə, Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən bundan irəli gələrək Cinayət Məcəlləsinə edilən əlavə və dəyişkliyə əsasən fərdi yaşayış evlərinin və kiçik obyektlərin tikintisi sadəcə, məlumatlandırma icraatı ilə tikintiyə başlamaq mümkündür.
Dəyişiklik Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə edilib. Dəyişiklikdə göstərilir ki, məlumatlandırma icraatında, yəni müvafiq icra hakimiyyətinə verilən müraciətə 1 ay müddətində cavab verilməli idisə, indi həmin cavab 15 günə qədər azaldılıb. Maddədə deyilir ki, əgər ərazinin müfəssəl planı varsa, 1 ay müddətinə, yoxdursa 3 ay müddətinə müraciətə cavab verilməlidir. Əgər müraciətə cavab verilməzsə, yeni qaydaya görə məlumatlandırma icraatı qəbul olunmuş hesab olunur və tikintiyə başlamaq olar. Tikintinin ölçüləri məsələsi də gündəmdədir. İki mərtəbəli ev hər mərtəbəsinin hündürlüyü 3 metr, ümumi sahəsinin ölçüsü 1400 kvadratmetr, tikinti sahəsi isə 1000 kvadratmetrdən çox olmamaq şərtilə tikilməlidir.Millət vəkili Çingiz Qənizadə deyir ki, burada söhbət torpaqda nə isə tikmək istədikdə Şəhər İcra Hakimiyyətinin məlumatlandırılmasıdır. Buraya təkcə evlərin tikindisi deyil, hər hansı obyektlərində inşa nəzərdə tutulur.
Dəyişiklik fərdi yaşayış evləri ilə yanaşı, kiçik ölçülü obyektlərə də aiddir. Əvvəllər kiçik ölçülü obyektlərin tikintisi üçün icazə alınmalı idi. İndi isə bu, məlumatlandırma icraatına daxildir. Yəni sadəcə, xəbərdarlıq etməklə tikintiyə başlamaq mümkündür. Əvvəlləri kiçik ölçülü tikililərin sahibləri xeyli sənəd toplamalı olurdu. İndi artıq məlumatlandırma icraatı qaydasında tikintiyə icazə veriləcək.
Ekspertlər bu layihənin qəbulunu müsbət hal kimi qiymətləndirir amma bununla yanaşı bu məcəllənin necə işləyəcəyini zamanın göstərəcəyini də istisna etmir.
Ekspert Nüsrət İbrahimov bildirdi ki, ilk öncə bu məcəllənin tikinti sektorundan necə işlədiyini izləmək lazımdır. Bundan sonra demək olar ki, bu məcəllədə hansı çatışmazlıqlar var.
Qəbul olunan bu dəyişikliklər torpağın verilməsi haqqında qanuni sənədləri olan vətəndaşlara aiddir.