SOCAR Georgiya şirkəti təbii qazın qiymətini qaldıracaq. QAZİLƏR.AZ saytının AzərTAc-a istinadən verdiyi məlumata görə, şirkət martın 1-dən çörəkbişirmə kombinatları istisna olmaqla bütün kommersiya şirkətləri üçün təbii qazın qiymətini 15 tetri artıracaq. Bu barədə şirkətin özü məlumat verib. buna səbəb Gürcüstan milli valyutası - larinin kursunun aşağı düşməsi olub.
Martın 1-dən bütün kommersiya şirkətləri (çörəkbişirmə şirkətləri istisna olmaqla) istifadə etdikləri təbii qazın 1 kubmetri üçün ƏDV də daxil olmaqla 90 tetri ödəyəcəklər. Bu gün isə şirkətlər işlətdikləri qazın 1 kubmetri üçün 75 tetri ödəyirlər.SOCAR Gürcüstanda qazın qiymətini qaldırır

