AMEA prezidenti Ukrayna səfiri ilə görüşüb

AMEA prezidenti Ukrayna səfiri ilə görüşüb backend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüşüb.

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Ukrayna əlaqələrinin tarixi, hər iki ölkənin alimlərinin əməkdaşlıq və dostluq münasibətləri müzakirə olunub. Qonağa Akademiyanın tarixi və bu ilin noyabr ayında keçiriləcək 70 illik yubiley tədbirləri haqqında məlumat verən akademik Akif Əlizadə AMEA - nın elmi müəssisə və təşkilatlarında aparılan mühüm elmi tədqiqatlardan danışıb.

Səfir Aleksandr Mişenko isə öz növbəsində qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə AMEA rəhbərinə öz təşəkkürünü bildirib. Sonra akademik A.Əlizadə Azərbaycan elminin dünya elminə və təhsil sistemlərinə inteqrasiyasından danışıb, həmçinin AMEA - da gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirildiyini diqqətə çatdırıb. Görüşün sonunda qonağa Azərbaycan elmini və mədəniyyətini özündə əks etdirən xatirə hədiyyələri təqdim olunub.
Diaspora