Azərbaycan məscidlərində bayram namazı qılınıb

Azərbaycan məscidlərində bayram namazı qılınıb backend

Müqəddəs Qurban bayramı ilə əlaqədar bu gün səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınıb.

Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.