Antibiotik və sakitləşdiricilərdən 16 nəfər zəhərlənib

Antibiotik və sakitləşdiricilərdən 16 nəfər zəhərlənib backend

Son bir ay ərzində Azərbaycanda qeydə alınan alkoqol sərxoşluğu və dərman zəhərlənmələrinin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Lent.az-a açıqlamasında bildirib ki, ötən ay ərzində 11 nəfər alkoqol zəhərlənməsi, 16 nəfər dərman zəhərlənməsi şikayəti ilə Toksikologiya şöbəsinə müraciət edib.

Azər Maqsudov dərmanlardan zəhərlənmələrin daha çox antibiotik və sakitləşdirici dərmanların təsirindən baş verdiyini qeyd edib.
Diaspora