Qurban bayramı ilə əlaqədar 4 günlük tətil

Qurban bayramı ilə əlaqədar 4 günlük tətil backend

Sabahdan Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 günlük tətil başlayır.

Qaziler.az-ın xəbərinə görə, sentyabrın 1-dən 4-dək ölkədə qeyri iş günüdür.

Belə ki, ayın 1-də və 2-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
Sentyabrın 2-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, sentyabrın 4-ü də qeyri-iş günü hesab edilir.

Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün tətil olacaq. Sentyabrın 5-i isə iş günüdür.