Dayanacaqlarda reydlər başladı

Dayanacaqlarda reydlər başladı backend

Bakı şəhərində avtobus dayanacaqlarında qeyri-qanuni olaraq yapışdırılan reklamlar yığışdırılıb. Bu barədə Bakı şəhər icra hakimiyyəti avtobus dayanacaqları Telman Rüstəmov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq şirkətlərdn biri yenə də qanunu pozaraq öz reklamlarını avtobus dayaancaqlarına yapışdırıblar.

Qurumun işçiləri bu barədə araşdırmalar apararkən xəbər tutublar.

Reydlər zamanı “Elmlər Akademiyası” və “Nəriman Nərimanov” stansiyaları yaxınlığında dayanacaqların şüşələrinə reklamlar yapışdırıblar. Həmin reklamları əməkdaşalrımız çıxarıblar. Həmin şirkət haqqında lazımı qurumlara məlumat veriləcək. Əslində bu bizim yaralı yerimizdir. Nə qədər yuyub-təmizləyirik, amma hələ də dayanacaqlarımıza kağız elanlar yapışdırırlar. Bu da estetik gözəlliyi pozur”, - deyə Telman Rüstəmov bildirib.
Diaspora