11 illikdən kolleclərə qəbul olanların qeydiyyatı davam edir

11 illikdən kolleclərə qəbul olanların qeydiyyatı davam edir backend

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin təhsil müəssisələrində qeydiyyatı davam edir.


Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, abituriyentlər 31 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

30 avqust saat 10:00-a olan məlumata əsasən qəbul olan abituriyentlərdən 76%-i artıq qeydiyyatdan keçib.

Xatırladaq ki, qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.