Veteran jurnalist Müştəba Əliyev dünyasını dəyişib.
Tanınmış jurnalist 25.08.2017 tarixdə torpağa tapşırılıb.Müştəba İsmayıl oğlu Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur.
1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirib.
1977-1997-ci illərdə “Azərbaycan məktəbi” jurnalında, “Sovet kəndi” (sonrakı adları “Həyat”, “Bərəkət”), “Ədalət” qəzetlərində müxtəlif vəzifələrdə işləyib.
1997-ci ildən 2001-ci ilədək "Əlillər" sonra isə “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuşdur.
“Qarabağ Qaziləri” İctimai Birliyi və Qaziler.az saytının kollektivi Müştəba Əliyevin vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Allah rəhmət eləsin!